Bakıda cinayətkar polisə atəş açdı

Bakıda cinayətkar polisə atəş açdı
11:29 30 Dekabr 2014
104 Ölkə
Ölkə mətbuatı
A- A+

Ötən şənbə Sabunçu rayon Polis İdarəsi 14-cü Polis Bölməsinin əməkdaşları axtarış tədbirləri nəticəsində mütəşəkkil cinayətkar dəstəsinin 2 üzvü yaxalanıb. Lent.az-ın vesti.az-a istinadən məlumatına görə, onlar 2015-ci ildə basqın gerçəkləşdirməyi planlaşdırırmışlar.

 

Saxlanılan şəxslər Nardaran sakinləri Sahib Ağanəbioğlu və Cavid Orucovdur. Axtarış zamanı Orucovun Abşeron küçəsindəki evindən müxtəlif kalibrli 65 avtomat gülləsi, AKM avtomat darağı və 1970-ci il istehsalı TOZ-35 markalı idman tüfəngi tapılıb.

 

Saxlanılan şəxslərlə əlbir olan bir nəfər şəxs isə hadisə yerindən qaçıb. Bakı şəhər Baş Polis İdarəsinin məlumatına görə, qaçan şəxs son ana qədər Orucovla bir yerdə olub və silahlı imiş. O qaçan zaman hətta polislərə atəş də açıb. Qaçan şəxsin axtarışları davam etdirilir.

 

İlkin dindirilmə zamanı saxlanılan şəxslər Sabunçu rayonunda Nardaran qəbiristanlığının yanında yerləşən mağazanın sahibinə hücum edəcəklərini etiraf ediblər.

 

Onlar mağaza sahibkarın mağazanı bağlayıb, pulla evə dönən zaman hücum etməyi planlaşdırıblarmış.

 

Həmçinin, bildirilir ki, Orucov uzun müddət Rusiyada yaşayırmış və bu yaxınlarda Azərbaycana dönüb.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/189108

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR