Zaqatalanın talanan meşələri ilə Çovdarovun pomidorları arasında nə əlaqə...

Zaqatalanın talanan meşələri ilə Çovdarovun pomidorları arasında nə əlaqə...
15:52 11 Dekabr 2015
156 Digər
Ölkə mətbuatı
A- A+

Bu günlərdə virtualaz.org saytının əməkdaşları MTN-dəki mütəşəkkil qruplaşmanın ən qəddar və ən qalmaqallı personası kimi ad çıxarmış general Akif Çovdarovun Bakının Masazır qəsəbəsindəki nəhəng istixana kompleksindən reportaj hazırlamışdı.

Saytın əməkdaşları Çovdarovun gizli həbsxanaları haqda məlumatların izi ilə həmin istixanaya yollanmışdı. Çünki belə iddialar vardı ki, Çovdarovun oğurlatdırdığı iş adamlarının bəzilərini həmin istixananın ərazisindək hansısa zirzəmidə saxlayıblar.

İstixananın ərazisində gizli həbsxana tapa bilməsək də, məlum oldu ki, Çovdarov hektarlarla ərazidə müasir istixana kompleksi yaradıb. Həmin istixanada pomidor yetişdirilir və əsasən, Rusiya bazarlarına ixrac olunur.

Bəli, məhz belə idi və məşhur italyan yazıçısı Coani Rodarinin əsəri əsasında çəkilmiş məşhur sovet multfilminin - "Çippolino"nun baş qəhrəmanlarından biri Sinyor Pomidor indi bizim MTN generalı Akif Çovdarovun simasında, sanki, yenidən zühur etmişdi.

O da məlum oldu ki, istixana kompleksində pomidorları qablaşdırmaq üçün taxta yeşik istehsal edən sex də fəaliyyət göstərir. Bu sexdə fıstıq ağacının taxtasından pomidor yeşikləri istehsal olunur.

İstixananın işçiləri deyirdilər ki, pomidorları plastik yeşiklərə də qablaşdırmaq olar. Ancaq Rusiya alıcıları plastik yeşiklərdə qablaşdırılmış pomidorların Türkiyə istehsalı olduğundan şübhələnirlər və tərəvəzin, həqiqətən, Azərbaycanda istehsal olunduğunu göstərmək üçün onu taxta yeşiklərə qablaşdırırlar.

İlk baxışdan pis ideya deyil. Pomidorların, həqiqətən, Azərbaycan məhsulu olduğunu nümayiş etdirmək üçün onu ənənəvi taxta yeşiklərə qablaşdırmağın nəyi pisdir ki?!

Ancaq virtualaz.org saytı Çovdarovun istixana biznesi ilə Azərbaycanın ən zəngin meşə ehtiyatlarına malik olan rayonlarından birində - Zaqatalada meşə fondunun talanması arasında birbaşa əlaqə aşkar edib.

Araşdırmalarımz nəticəsində məlum olub ki, Çovdarovun istixanasına yeşik taxtaları Göyçay rayonunda Şamil Abdullayevə məxsus taxta sexindən göndərilir. Həmin sex isə xammalı Zaqatala rayonundan alır.

Bəri başdan qeyd edək ki, meyvə-tərəvəz qablaşdırmaq üçün lazım olan taxta tara istehsalı kifayət qədər sərfəli biznesdir.

Xüsusən də mövsüm vaxtı bu taraya böyük tələbat olur, məhsulu bazarlara çatdırmaq və xaricə ixrac etmək üçün fermerlər ayrı-ayrı sexlərdən hər il belə yeşiklər alırlar.

Çovdarovun pomidorlarını qablaşdırmaq üçün yeşik taxtalarının Göyçaydakı hansısa Abdullayevin sexindən alınması da ilk baxışdan qeyri-adi görünməyə bilər. Ancaq əgər işin arxasında MTN-dəki korrupsioner şəbəkənin dayanmasına dəlalət edən məlumatlar olmasaydı...

Məlum olub ki, həmin Şamil Abdullayevin oğlu Vasif Abdullayev MTN-in Zaqatala rayon şöbəsinin əməkdaşıdır. Digər tərəfdən, Zaqatala rayon meşə təsərrüfat idarəsinin rəisi İqbal Əliyevin özü MTN-in rayon şöbəsinin rəisi Əliyənnaqi İsaqovun qohumudur. Hansı ki, həmin İsaqov general Akif Çodarovun yaxın adamı hesab edilir, bu vəzifəyə təyinatı birbaşa Çovdarov tərəfindən irəli sürülüb.

Rayondakı mənbələr deyirlər ki, Eldar Mahmudovun və Akif Çovdarovun dövründə Ə.İsaqov rayonda heç icra başçısını da saymırdı, istədiyini edirdi. O cümlədən meşə idarəsinin rəisi də rayon rəhbərliyi ilə hesablaşmırdı.

Bax, indi Çovdarovların pomidorları ilə Zaqatala meşələrinin qırılması arasında birbaşa əlaqənin olduğu üzə çıxır, elə deyilmi?

Zaqatala rayonundakı mənbələr deyirlər ki, Göyçaydakı həmin taxta sexinə hər mövsümdə rayondan 25-30 maşın meşə materialı göndərilir. Hər maşın təxminən 25 kubmetr meşə materialı tutur. Söhbət Zaqatala meşələrinin qanunsuz olaraq qırılıb-talan edilməsindən gedir.

Təkcə bir taxta sexinə hər mövsümdə bu qədər ağac qırılıb göndərildiyi nəzərə alınarsa, Zaqatala meşələrinin talanıb məhv edilməsinin hansı miqyas aldığını təxmin etmək çətin deyil. Rayon sakinləri deyirlər ki, bir vaxtlar keçilməz olan Zaqatala meşələri indi tükənmək üzrədir.

Bəs Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məsul şəxsləri hara baxır? MTN-in vəzifəli şəxslərinin - Çodarovun adamlarının rayon meşələrini biznes məqsədi ilə talan etməsindən bu məsul şəxslərin xəbəri olurmu?

Bu sualın da cavabı var. Virtualaz.org saytı dəqiqləşdirib ki, Çovdarovun istixanasını tara ilə təchiz edən həmin taxta sexinin sahibi Ş.Abdullayev Ekologiya və Təbii Sərvətlər Nazrliyinin Meşələrin İnkişafı Departamentinin direktoru Şakir İsmayılovla yaxın münasibətlərə malikdir. Ancaq bu yaxın münasibətlərin Zaqatala meşələrinin inkişafına hansı təsir gösərdiyi haqda oxucular yuxarıda sadalananlar əsasında özləri də nəticə çıxara bilərlər...

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

“Qarabağ”ın rəqibi Bakıda - FOTO/VİDEO

26 Sentyabr 2017 15:18

"Roma" komandası "Qarabağ"la oyun üçün Bakıya gəlib

26 Sentyabr 2017 15:17

Sulutəpə dairəsindən Biləcəri qəsəbəsi istiqamətində yol təmir olunur

26 Sentyabr 2017 15:17

Heyvanları öldürülən fermer şikayətçidir

26 Sentyabr 2017 15:14

Azərbaycan dövlətlərarası orqanın qərarının icrası qaydalarının dəyişdirilməsi ilə bağlı layihəni yenidən müzakirəyə çıxarır

26 Sentyabr 2017 15:12

İspaniyanın Moskvadakı səfirliyi partlayış təhlükəsi səbəbindən evakuasiya edilir

26 Sentyabr 2017 15:12

Ayana efirə çıxmağa kim qadağa qoyub?

26 Sentyabr 2017 15:12

Gerb, himn və bayraqla bağlı qanunlara dəyişikliklər - MM-də müzakirə ediləcək

26 Sentyabr 2017 15:09

Yeni dijital pul vahidi istifadəyə veriləcək

26 Sentyabr 2017 15:08

“Azərsu” Azərbaycan Memarlıq və İnşaat Universiteti ilə əməkdaşlığa başlayıb

26 Sentyabr 2017 15:07

“V Element”dən ayrılan məşhur aparıcıdan ŞOK ETİRAF: “O qız cəsarət etmədiyi üçün...” - MÜSAHİBƏ

26 Sentyabr 2017 15:03

Çexiya millisinin baş məşqçisi: "Azərbaycan və San-Marinoya qalib gəlməliyik"

26 Sentyabr 2017 15:02

“İPhone X” satışa buraxılmayacaq

26 Sentyabr 2017 14:58

"Kürdüstan" region üçün hansı təhlükə yaradır?

26 Sentyabr 2017 14:58

Gürcüstan prezidenti: "Dağlıq Qarabağ kimi münaqişələr fəlakətə səbəb ola bilər"

26 Sentyabr 2017 14:57

Son 8 ayda 400-ə yaxın şəxs qidadan zəhərlənib

26 Sentyabr 2017 14:54

Rusiyada "Facebook"u bağlaya bilərlər

26 Sentyabr 2017 14:52

15 il komada qalmışdı... - TİBBDƏ İNANILMAZ UĞUR

26 Sentyabr 2017 14:48

Azad Azərbaycan Teleradio Şirkətinə yeni rəhbər təyin edilib

26 Sentyabr 2017 14:47

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri “Concordia” Sammitinə qatılıb

26 Sentyabr 2017 14:47

Ronaldo bu qızla evlənir - FOTO

26 Sentyabr 2017 14:47

Suriya kürdlərinə muxtariyyət verilir – Rəsmi BƏYANAT

26 Sentyabr 2017 14:43

Neftin 40 dollar/barel qiyməti Rusiyanı qane edir

26 Sentyabr 2017 14:42

Azərbaycanda “TurAz Qartalı-2017” birgə taktiki uçuş təlimləri uğurla davam edir

26 Sentyabr 2017 14:42

Suriya XİN başçısı: “İraqın ərazi bütövlüyünün tərəfdarıyıq, “referendum"u qəti olaraq qəbul etmirik”

26 Sentyabr 2017 14:42

Heyva mürəbbəsinin hazırlanması

26 Sentyabr 2017 14:42

"Kürdüstan hökuməti ağlını başına yığsın" - Ərdoğan

26 Sentyabr 2017 14:39

Bu ölkədə “WhatsApp” messencerinə giriş bağlanıb

26 Sentyabr 2017 14:35

Ən bahalı brendlər reytinqi açıqlanıb

26 Sentyabr 2017 14:35

Azərbaycanda Kürdüstana dəstək verən məmur danışdı: "Kimsədən qorxmadan, çəkinmədən..."

26 Sentyabr 2017 14:34

Süd vəzi xərçəngindən özünüzü belə qoruyun

26 Sentyabr 2017 14:33

Heydər Əliyev prospektində yol qəzası

26 Sentyabr 2017 14:30

ATV-nin rəhbəri Vüqar Qaradağlı işdən çıxarıldı

26 Sentyabr 2017 14:29

17-ci əsrə aid məşhur rəsm əsəri tapıldı - FOTOLAR

26 Sentyabr 2017 14:28

Azərbaycan daha bir nəfəri “İnterpol” xətti ilə beynəlxalq axtarışa verib

26 Sentyabr 2017 14:27

ATV-nin yeni rəhbəri bu şəxs oldu

26 Sentyabr 2017 14:22

Adamyeyən ər-arvadın evindən GÖRÜNTÜLƏR

26 Sentyabr 2017 14:19

ATV-nin rəhbərliyi dəyişdi

26 Sentyabr 2017 14:18

Azərbaycan Prezidenti: "Ermənistan tərəfi danışıqların imitasiyası ilə məşğuldur"

26 Sentyabr 2017 14:17

İlham Əliyev NATO nümayəndəsini qəbul edib

26 Sentyabr 2017 14:16

“Bölgə məzhəb qarşıdurmasına gedir” - Ərdoğandan XƏBƏRDARLIQ

26 Sentyabr 2017 14:13

Turanın məşhur verilişi bağlandı - ATV-dən AÇIQLAMA

26 Sentyabr 2017 14:03

Olimpiadada Toğrul Əsgərova uduzan güləşçinin xatirə turnirində kütləvi dava olub

26 Sentyabr 2017 14:02

"Citibank": Neft bazarı təklif qıtlığı ilə üzləşəcək

26 Sentyabr 2017 13:57

ATV-nin rəhbərliyi tam tərkibdə istefaya göndərildi

26 Sentyabr 2017 13:54

Ağ Evdə MƏXFİ GÖRÜŞ: Özalın Kərkük planı və baronların hücumu - SİRLƏR AÇILIR

26 Sentyabr 2017 13:53

Türkiyə prezidenti İraqın şimalındakı "referendum"a münasibət bildirib

26 Sentyabr 2017 13:52

Generalların məhkəməsi davam edir

26 Sentyabr 2017 13:49

Dollar ucuzlaşdı - HƏRRACDA

26 Sentyabr 2017 13:48

Keçmiş sevgilisinin futbolçu dostu ilə görüşən model DANIŞDI - FOTO

26 Sentyabr 2017 13:48