Gəncə Heydər Əliyev Mərkəzində ulu öndərin xatirəsi anılıb

Gəncə Heydər Əliyev Mərkəzində ulu öndərin xatirəsi anılıb
16:05 11 Dekabr 2015
53 Digər
Ölkə mətbuatı
A- A+

Kəpəz TV (Region TV) xəbər verir ki, ulu öndərin xatirəsi Gəncə Heydər Əliyev Mərkəzində də anılıb. Tədbirdə şəhər icra hakimiyyətinin nümayəndələri, millət vəkilləri, ziyalılar iştirak ediblər. Öncə dahi şəxsiyyətin həyatından bəhs edən videoçarx nümayiş olunub.

Daha sonra iştirakçıların çıxışları dinlənilib. Gənclərin xaricdə təhsil alması, onların ixtisaslaşdırılması və ölkənin gənc kadrlarla təmin edilməsində ümummilli lider Heydər Əliyevin əsaslı rolu olduğu vurğulanıb. Onun ölkədə həyata keçirdiyi dayanıqlı inkişaf və sabitlikdən söz açılıb, tolerantlığın inkişafında misilsiz xidmətləri olduğu diqqətə çatdırılıb. 

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR