​İraq XİN: "Türkiyə təmsilçiləri hərbçilərinin çıxarılmasını öz hökuməti ilə məsləhətləşəcək"

16:07 11 Dekabr 2015
27 Dünya
Ölkə mətbuatı
A- A+

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Bağdada səfər edən Türkiyə xarici işlər nazirinin müvini Ferudin Sinirlioğlu, Milli Kəşfiyyat Təşkilatının (MİT) başçısı Hakan Fidan və nümayəndə heytinin başqa üzvləri bildiriblər.
"İraq Türkiyədən hərbçilərinin ölkə ərazisindən çıxmasını tələb edir. Türkiyə tərəfi məsələyə prinsipial razılığını ifadə edərək, öz hölkuməti ilə məsləhətləşdikdən sonra qərarı elan edəcəklərini vurğulayıblar", - görüşün nəticələri ilə bağlı İraq Xarici İşlər Nazirliyinin yaydığı məlumatda bildirilib.
Qeyd edək ki, ötən gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan hərbçilərinin İraq ərazisindən çıxarmağa hazırlaşmadıqlarını deyib: "Dekabrın 21-də Türkiyə, ABŞ və İraqın şimalındakı muxtar hökumət İraqdakı vəziyyəti müzakirə edəcək ".
Türkiyənin baş naziri Əhməd Davutoğlu ilə ABŞ-ın vitse-prezidenti Co Baydenlə İraq-Türkiyə münasibətlərindəki gərginliyi telefonla müzakirə edib.
Xatırladaq ki, Türkiyə Silahlı Qüvvələrinin bir qrup əsgəri iki il yarımdır İraqın Mosul əyalətinin Başika rayonunda İraqın şimalındakı muxtar hökumətin silahlılarına terrorçuluğa qarşı mübarizə aparmaq üçün təlim verir.


Xəbərin orijinal ünvanı: http://report.az/region/i-raq-xi-n-turkiye-temsilcileri-herbcilerinin-cixarilmasini-oz-hokumeti-ile-meslehetles

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR