Bakıda qadının maşınını vurub qaçdılar - sürücü xəstəxanalıq oldu

Bakıda qadının maşınını vurub qaçdılar - sürücü xəstəxanalıq oldu
16:14 11 Dekabr 2015
24 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda qadının idarə etdiyi avtomobil naməlum şəxsin idarə etdiyi nəqliyyat vasitəsi tərəfindən vurulub. Lent.az-ın məlumatına görə, hadisə Məhəmməd Hadi küçəsi, 13 ünvanının qarşısında baş verib. Şəxsiyyəti məlum olmayan sürücünün idarə etdiyi avtomobillə Qurbanova Aynurə Xanış qızının sürdüyü "Nissan" vurulub. Nəticədə qadın sürücü kəllə-beyin travması ilə 7 saylı təcili tibbi yardım stansiyasına gətirilib.

 

Faktla bağlı əməliyyat-axtarılş tədbirləri həyata keçirilir.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR