Vəkil Adəm Məmmədov: "Cinayət işi sifarişli və qərəzlidir"

Vəkil Adəm Məmmədov: "Cinayət işi sifarişli və qərəzlidir"
16:14 11 Dekabr 2015
48 Ölkə
Ölkə mətbuatı
A- A+

Vəkil Adəm Məmmədov özünə qarşı açılan cinayət işindən danışıb.

 

A.Məmmədov Lent.az-a açıqlamasında deyib ki, cinayət işi qondarma və sifarişlidir: “Cinayət işi açılmasına səbəb kimi guya "Gündəlik Bakı" qəzetinin baş redaktoru Habil Vəliyevi döydüyümü deyirlər. 29 iyulda prosesdə məni açıq-aydın təhqir elədi, qıcıqlandıracaq sözlərdən istifadə elədi. Guya onun gözünə qələm atmışam. Qələm onun gözünə dəysəydi, xəsarət yetirərdi.  Hadisədən sonra ekspertizada rəy verdi ki, heç bir xəsarət yoxdur.  Hələ ki, şahid statusundayıq. Rəsmi olaraq xahiş etmişdim ki, həmin prosesin video görüntüləri çıxarılsın. Təəssüflər olsun ki, həmin videolar silinmişdi. Üstündən 6 ay keçib. İndi düşüb ortaya. Əgər mən onun gözünə qələm atsaydım, bu 6 ay ərzində yüzlərlə mətbuat konfransı keçirib, mətbuatı mənə qarşı çıxarardı. Mən Azərbaycanda ən çox bəraət almış vəkiləm”.

 

Qeyd edək ki, bir neçə gün əvvəl vəkil ictimaiyyətə müraciət edərək, barəsində cinayət işi açılıdığını bildirmişdi və vəkil məsələ ilə bağlı dövlət başçısı İlham Əliyevə və hüquq-mühafizə orqanlarının rəhbərlərinə müraciət etmişdi.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/224850

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR