Azərbaycan Milli Karate Federasiyasında struktur dəyişikliyi edilib

Azərbaycan Milli Karate Federasiyasında struktur dəyişikliyi edilib
16:23 11 Dekabr 2015
14 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 11 dekabr, AZƏRTAC
Azərbaycan Milli Karate Federasiyasının (AMKF) rəhbərlik və idarə heyətində bir sıra dəyişikliklər edilib.
AZƏRTAC federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, milli komandaların baş məqçisi, Əməkdar Məşqçi və Əməkdar idman xadimi Rəhman Hətəmov birinci vitse-prezident təyin olunub.
Yeni formalaşan idarə heyətinin üzvləri isə 9 nəfərdən ibarət olacaq. Heyətə AMKF-nin prezidenti Yaşar Bəşirov, Azərbaycan Karate-do Federasiyaları Assosiasiyasının prezidenti Ülvi Quliyev, federasiyanın birinci vitse-prezidenti Rəhman Hətəmov, vitse-prezident Yusif Məmmədov, baş katib Mir-Cabbar Seyidov, Gənclər və İdman Nazirliyinin nümayəndəsi Cəbrayıl Həsənov, baş sponsor Azərbaycan Beynəlxalq Bankının nümayəndəsi Elmir Həbibullayev, federasiyanın baş hakimi Cahangir Babayev və fiziki hazırlıq üzrə məşqçi Oqtay Məmmədov daxil edilib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycan_Milli_Karate_Federasiyasinda_struktur_deyisikliyi_edilib-910384

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR