"28 Cinema” Heydər Əliyevin vəfatının ildönümü ilə əlaqədar film nümayiş edəcək

"28 Cinema” Heydər Əliyevin vəfatının ildönümü ilə əlaqədar film nümayiş edəcək
16:37 11 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı, 11 dekabr. REPORT.AZ/ “28 Cinema” kinoteatrı Azərbaycanın ümummilli lideri Heydər Əliyevin vəfatının 12-ci ildönümü ilə əlaqədar olaraq Vaqif Mustafayevin çəkdiyi “Patriot” qısametrajlı sənədli filmini nümayiş etdirəcək.
"Report" xəbər verir ki, “Patriot” filmini rejissor Vagif Mustafayev 2004-cü ildə çəkib.
Yeni çəkilən film, Vaqif Mustafayevin dahi liderə həsr etdiyi 9-cu filmidir.
Filmin məzmunu Heydər Əliyevin Azərbaycan SSR KP-nin birinci katibi seçilməsindən sonrakı ilk illərini əhatə etməsindən bəhs edir.
Dekabrın 12-də saat 11:00 göstəriləcək filmin nümayişi pulsuzdur.


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR