Bakıda məktəblilər arasında Breyn Rinq keçirildi

16:38 11 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

"Azərbaycan" İntellektual Oyunlar Klubu Fəaliyyət göstərdiyi müddətdə Azərbaycan intellektual hərəkatında özünəməxsus yerini tutmuş, istedadlı gəncləri öz ətrafında toplamaq və bir komanda şəklində daim irəliyə hərəkət etmək məqsədini rəhbər tutaraq inkişaf etməyə və öz əhatə dairəsini genişləndirməkdə davam etməkdədir. Trend-in məlumatına görə, 40-dan çox komanda ilə davam edən məktəbli liqasına bu həftədən Bakı Türk Anadolu liseyi də qoşuldu.

Keçirilən açılış turnirində ilkin olaraq 9-cu siniflər arası yarış keçirildi. Mütəmadi olaraq digər siniflərarası da yarışlar keçirilərək sonda bütün qalib komandalararası Breyn Rinq yarışı keçiriləcək.

Nəzərinizə çatdıraq ki, ali məktəblərlə parallel olaraq orta ümumi və orta ixtisas təhsil müəssisələrində də AİOK-un təşkilatçılığı ilə bir sıra intellektual oyunlar, çempionatlar həyata keçirilir. Belə ki, məktəbli liqasının ümumi xal toplanması nəticəsində ilk 8 komanda arasında bu həftə “ Breyn Rinq” oyunu nəticəsində qaliblər müəyyən olunacaq.

“Azərbaycan” İntellektual Oyunlar Klubu Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Azərbaycan Dillər Universiteti, Azərbaycan Dövlət Neft Akademiyası, ADA Universiteti, Azərbaycan Turizm və Menecment Universiteti, Azərbaycan Tibb Universiteti, Bakı Ali Neft Məktəbi, Avrasiya Universiteti, Azərbaycan Müəllimlər İnstitutu, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası, Azərbaycan Universiteti, Edinburq Universiteti, Lənkəran Dövlət Universiteti və Bakı Kompyuter Kollecində oyunlar təşkil edir.

Eyni zamanda, həftənin bazar günləri AİOK-un təşkilatçılığı ilə Azərbaycan və rus dillərində “Nə? Harada? Nə zaman?”, “Fərdi Oyun” və “Breyn Rinq” formatında oyunlar keçirilir. Oyunlarda tələbələrarası çempionatlarda aktivlik göstərən ali müəssisələrini təmsil edən komandalar, intellektual hərəkatda aktiv olan tələbə gənclər və ümumi intellektuallar iştirak edir. Klub iki dildə oyunlar təşkil edən yeganə intellektual klubdur.

İnformasiya dəstəyi- Trend, Day.az, Milli.az

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/culture/2468510.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR