Şahin Diniyev: Ən zəif oyunlarımızdan birini keçirdik"

"Kəpəz" - "Rəvan" oyununun 0:0 hesabı ilə başa çatdığı barədə xəbər vermişdik.

Matçın ardından "Kəpəz"in baş məşqçisi Şahin Diniyev mətbuat nümayəndələrinin qarşısına çıxıb. Təcrübəli mütəxəssis komandasının cari mövsümdə ən zəif oyunlarından birini keçirdiyini bildirib:

"Oyun barədə çox danışmağa ehtiyac yoxdur. Biz mövsüm ərzində ən zəif oyunlarımızdan birini keçirdik. Çalışacağıq ki, son iki matçı motivasiya hesabına reallaşdıraq. Qarşımızda inamlı müdafiəyə malik “Rəvan” vardı. İnamlı müdafiəni yarmaq üçün isə sürətli hücumlar lazımdır. Lakin komandada sürət çatışmırdı. Liderlər qrupuna yaxınlaşmaq üçün mütləq qələbə qazanmalı idik. Amma bunu faciə etmək istəmirik, irəli baxmaq lazımdır. Sadəcə, komandanın qol vura bilməməsi məni narahat edir. Bu məqam bir futbolçu ilə bağlı deyil, başqa bir problemlər var ki, bunu mən yaxşı bilirəm. Komanda artıq “oturub”. Buna səbəb 17 oyunu eyni heyətlə keçirməyimizdir. Komandada yorğunluq və durğunluq hiss olunur. Dəyişiklik etmək imkanlarım olmasa da, çalışacağıq ki, qış fasiləsinə qədər olan son iki oyunu yaxşı nəticələrlə başa vuraq".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR