Putinlə Proşenko əl sıxacaq

Putinlə Proşenko əl sıxacaq
11:31 30 Dekabr 2014
88 Dünya
Ölkə mətbuatı
A- A+

Ukrayna prezidenti Petro Poroşenko yanvarın 15-də Rusiya prezidenti Vladimir Putin, Almaniya kansleri Angela Merkel və Fransa prezidenti Fransua Ollandla görüşəcək.

ANS PRESS-in məlumatına görə, bu barədə Ukraynanın dövlət başçısı özü məlumat verib.

O deyib ki, Ukraynanın şərqindəki zorakılıqlar barədə müzakirələrə ABŞ prezidenti Barak Obamanın da qatılacağı mümkündür.

Ölkənin şərqindəki münaqişəyə sülh yolu ilə son qoyulması ilə bağlı danışıqlar Qazaxıstanın paytaxtı Astanada keçiriləcək.

Xatırladaq ki, Ukrayna hökuməti qüvvələri ilə Rusiya tərəfdarı separatçılar arasında aprel ayında başlayan döyüşlərdən bəri 4700-dən çox insan ölüb. Rəsmi Kiyev və Qərb Ukraynada münaqişənin qızışdırılmasında Rusiyanı ittiham etsə də, Moskva bunu inkar edir.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=316956

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR