Bəhmən Həsənov: "Lazım olan nəticəni qazanıb evə dönürük"

"Kəpəz" - "Rəvan" (0:0) oyunundan sonra qonaqların baş məşqçisi Bəhmən Həsənovun mətbuat konfransı keçirilib.

Həsənov komandası üçün hər xalın önəmli olduğunu bildirib:

"Bizim üçün bütün oyunlar, xallar çox önəmlidir. “Kəpəz” keyfiyyətli oyunçulara malik mobil bir komandadır. Lakin mən futbolçulara demişdim ki, şanslarımız bərabərdir. Oyun heç-heçə bitdi və Gəncədə qazanılan 1 xala görə çox şadam. Ağıllı oyun sərgiləyən futbolçulara təşəkkür edirəm. Lazım olan nəticəni qazanıb evə dönürük. Artıq “Kəpəz”lə oyunu unudub, qarşıdakı matçlara hazırlaşacağıq".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR