Heydər Əliyevin anım günü ilə əlaqədar film nümayiş olunacaq

Heydər Əliyevin anım günü ilə əlaqədar film nümayiş olunacaq
17:06 11 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Nizami Kino Mərkəzində ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar qısametrajlı film nümayiş olunacaq.

Axşam.az-ın məlumatına görə, dekabrın 12 –də mərkəzdə ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar “Heydər Əliyev. Azərbaycan mədəniyyətinin hamisi” adlı qısametrajlı sənədli filmin  nümayişi keçiriləcək. 

Ekran işi Mədəniyyət və Turizm nazirliyinin sifarişi ilə “Səlnamə” kinostudiyasında Eldar Quliyevin rejissorluğu ilə çəkilib.

Filmin nümayişi saat 12:00-da baş tutacaq. Seanslara giriş sərbəstdir.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR