Azərbaycanda icbari sığortanın elektronlaşdırılması təklif olunur

Azərbaycanda icbari sığortanın elektronlaşdırılması təklif olunur
17:06 11 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Azərbaycanın sığorta sistemində nağdsız dövriyyənin həcminin artırılması istiqamətində ciddi addımlar atılır.
 
“İcbari sığortalar haqqında” qanuna ediləcək dəyişiklikdən sonra nağdsız ödənişlər stimullaşdırılacaq. 
 
“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, bu barədə Milli Məclisin İqtisadi Siyasət Sənaye və Sahibkarlıq Komitəsinin iclasında Maliyyə Nazirliyi yanında Dövlət Sığorta Nəzarətinin (DSN) rəisi Namiq Xəlilov məlumat verib.
 
Onun sözlərinə görə, elektron sənəd yolu ilə müqavilənin bağlanılması sığorta şirkətlərinin xərcinin azaldılmasına səbəb ola bilər. Eyni zamanda, bu, sığorta haqlarının azalmasına imkan verəcək.
 
“Ona görə də hesab edirəm ki, sığorta şirkətləri müəyyən güzəştlər tətbiq edə bilərlər. Təkliflərdən biri də ondan ibarətdir ki, sığorta haqları birbaşa sığortaçının bank hesabına yönəldilsin. Bütün bunlar sığorta bazarında nağdsız ödənişlərin həcmini artıracaq və  beləliklə də ödəniş sistemlərinin təkmilləşdirilməsi baş verəcək. Hazırda isə sığorta bazarı, xüsusilə icbari sığortada nağd dövriyyənin payı kifayət qədər yüksəkdir”.
 
 
SEYMUR


Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-40304-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR