Üçüncü qrant müsabiqəsinə təqdim edilən 103 layihə ilkin ekspertizadan keçib

17:08 11 Dekabr 2015
14 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 11 dekabr, AZƏRTAC
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun elan etdiyi 3-cü qrant müsabiqəsinə təqdim edilən 138 layihədən 103-ü ilkin ekspertizadan keçib.
Fonddan AZƏRTAC-a verilən məlumata əsasən, hazırda layihələrin kompleks ekspertizası aparılır. Qaliblər Fondun Müşahidə Şurasının yanvar ayında keçiriləcək növbəti iclasında elan olunacaq.
Təqdim olunan layihələr yeni texnologiyaların inkişafını və onların kommersiyalaşdırılmasını, müasir texnologiyalar əsasında informasiya şəbəkələrinin yaradılmasını və internet xidmətlərinin genişləndirilməsini ehtiva edir.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Uchuncu_qrant_musabiqesine_teqdim_edilen_103_layihe_ilkin_ekspertizadan_kechib-910408

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR