Donald Trampın Britaniyaya girişinə qadağa məsələsi parlamentdə müzakirə oluna bilər

Donald Trampın Britaniyaya girişinə qadağa məsələsi parlamentdə müzakirə oluna bilər
17:13 11 Dekabr 2015
20 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 11 dekabr, AZƏRTAC
ABŞ prezidenti postuna Respublika partiyasından namizəd olmağa çalışan Donald Trampın Böyük Britaniyaya girişinə qadağa qoyulması ilə bağlı onlayn petisiya bu ölkə parlamentinin saytında yerləşdirilən oxşar sənədlər arasında rekord sayda imza toplayıb.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, dekabrın 10-u axşam saatlarına qədər bu qadağanın tətbiqinə dəstək üçün verilən səslərin sayı yarım milyona yaxınlaşıb və bundan əvvəl 446 924 səslə Birləşmiş Krallığa daha çox mühacirin qəbul olunması və qaçqınlara daha artıq yardım göstərilməsi üçün toplanan imzaların rekordunu üstələyib.
Donald Trampın təhlükəsizlik səbəbi ilə ABŞ sərhədlərini müsəlmanların üzünə bağlamaq barədə çağırışına etiraz əlaməti olaraq imzaların toplanması dekabrın 8-də başlasa da günorta saatlarına qədər icmalar palatasının müzakirəsinə çıxarılması üçün lazım olan 100 səs toplaya bilmişdi.
Xatırladaq ki, amerikalı milyarderin sözləri Britaniyanın bütün siyasi isteblişmenti tərəfindən qınaqla qarşılanıb. Bunlar arasında ən kəskin reaksiya isə Trampı Şotlandiyanın biznes-səfiri postundan məhrum edən Şotlandiya hökumətinin başçısı Nikola Stercendən gəlib. Bu, Edinburqdakı hökumətlə sıx əməkdaşlıq edən və dəbdəbəli qolf-klub tikdirdiyi Aberdinşir vilayətinə mütəmadi səfərlər edən şotland köklü amerikalı milyarderə ağır zərbədir.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Donald_Trampin_Britaniyaya_girisine_qadaga_meselesi_parlamentde_muzakire_oluna_biler-910409

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR