İvanovka kəndində ulu öndər Heydər Əliyevin xatirəsi anılıb

İvanovka kəndində ulu öndər Heydər Əliyevin xatirəsi anılıb
17:18 11 Dekabr 2015
24 Digər
Ölkə mətbuatı
A- A+


İsmayıllı, 11 dekabr, AZƏRTAC
Ulu öndər Heydər Əliyevin vəfatının 12-ci ildönümü ilə əlaqədar İsmayıllı rayon İvanovka kəndinin sakinləri dahi rəhbərin əziz xatirəsini anıblar.
AZƏRTAC xəbər verir ki, anım günü ilə əlaqədar keçirilən tədbirdə İvanovka kənd ərazi icra nümayəndəliyinin işçiləri, kənd sakinləri, eləcə də İvanovka tam orta məktəbinin müəllim və şagird kollektivi iştirak edib.
İştirakçılar əvvəlcə ümummilli lider Heydər Əliyevin kənddəki abidəsinin önünə gül dəstələri düzüblər.
Sonra tədbir Nikitin adına kolxozun iclas zalında davam edib. Ərazi icra nümayəndəsi Olqa Jabina, kənd tam orta məktəbinin direktor müavini Nadejda Jabina və başqaları Ulu Öndərin həyat və fəaliyyətindən, müstəqil Azərbaycan dövlətçiliyinin qorunub saxlanmasında və inkişaf etdirilməsindəki xidmətlərindən danışıblar. Çıxışlarda görkəmli dövlət və siyasi xadim Heydər Əliyevin ölkədə məskunlaşan digər xalqların nümayəndələrinə, o cümlədən ruslara göstərdiyi diqqət və qayğıdan, tolerantlıq mühitinin yad təsirlərdən qorunub saxlanılmasındakı rolundan bəhs edilib.
Tədbirdə şagirdlər Ulu Öndərə həsr olunan şeirlər səsləndiriblər.



Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Ivanovka_kendinde_ulu_onder_Heyder_Aliyevin_xatiresi_anilib-910411

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR