Şəkidə voleybol üzrə respublika birinciliyinin zona yarışlarına start verilib

Şəkidə voleybol üzrə respublika birinciliyinin zona yarışlarına start verilib
17:23 11 Dekabr 2015
39 Digər
Ölkə mətbuatı
A- A+


Şəki, 11 dekabr, AZƏRTAC
Təhsil Nazirliyinin “Təhsil” Respublika İdman Mərkəzinin təşkilatçılığı ilə dekabrın 11-də Şəkidə 2000-2001-ci il təvəllüdlü oğlanlardan ibarət komandalar arasında voleybol üzrə respublika birinciliyinin zona mərhələsinin yarışları başlanıb.
AZƏRTAC xəbər verir ki, Qoxmuq kənd tam orta məktəbinin idman zalında keçirilən zona yarışında Şəki və Mingəçevir şəhərləri, Balakən, Oğuz, Qəbələ və Ağdaş rayonlarının komandaları mübarizə aparır.
Şəki uşaq-gənclər idman məktəbinin direktoru Hətəm Vəliyev bildirib ki, zona yarışının ilk günü keçirilən oyunlarda Şəki, Balakən və Mingəçevir komandaları müvafiq olaraq Oğuz, Qəbələ və Ağdaş təmsilçilərinə qalib gəliblər.
Dörd gün davam edəcək zona yarışının yekununda ilk iki yeri tutacaq komandalar respublika birinciliyinin final mərhələsinə vəsiqə qazanacaq.
Birinciliyin qalibləri “Təhsil” Respublika İdman Mərkəzinin kubok və diplomları ilə mükafatlandırılacaq.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Sekide_voleybol_uzre_respublika_birinciliyinin_zona_yarislarina_start_verilib-910413

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR