Sərhədçilərimiz külli miqdarda narkotik vasitə tapdılar (FOTO)

Sərhədçilərimiz külli miqdarda narkotik vasitə tapdılar (FOTO)
17:28 11 Dekabr 2015
25 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Elmir Murad - Trend:

Sərhədçilərimiz külli miqdarda narkotik vasitə aşkarlayıblar.

Dövlət Sərhəd Xidmətindən Trend-ə verilən məlumata görə, əldə olunan əməliyyat məlumatı əsasında həyata keçirilmiş axtarış tədbirləri nəticəsində külli miqdarda narkotik vasitənin ölkəmizə gətirilməsinin qarşısı alınıb.

Biləsuvar rayonunun Səmədabad kəndi ərazisində yerləşən sərhəd zastavasının xidməti sahəsində Azərbaycana gətirilməsi üçün dövlət sərhədi yaxınlığında gizlədilmiş 2 ədəd bağlamada 6 kiloqram 190 qram heroin, 3 kiloqram 65 qram marixuana, 1 kiloqram 160 qram tiryək və 30 ədəd “Metadon” adlı həb aşkar edilərək götürülüb.

Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Bizi Twitter-dən izləyin: @trend_az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR