Bakıda 24 yaşlı qız dəm qazından boğularaq ölüb

Bakıda 24 yaşlı qız dəm qazından boğularaq ölüb
17:42 11 Dekabr 2015
70 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. 11 dekabr. REPORT.AZ/ Bakıda 24 yaşlı qız dəm qazından boğularaq ölüb. "Report" Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Bakı şəhərinin Nərimanov rayonunda 1991-cı il təvəllüdlü Əzizova Nərmin Rəhim qızı mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilə baxış keçirərkən zərərçəkmişi hamamda huşsuz vəziyyətdə aşkar ediblər.
Hadisə yerinə çağırılan Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparılan ilkin müayinə zamanı N.Əzizovanın dəm qazından vəfat etdiyi müəyyən olunub. 

Xəbərin orijinal ünvanı: http://report.az/hadise/bakida-24-yasinda-qiz-dem-qazindan-bogularaq-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR