Bu qoca 60 ildir ki, yuyunmur - FOTO

Bu qoca 60 ildir ki, yuyunmur - FOTO
17:52 11 Dekabr 2015
252 Maraqlı
Ölkə mətbuatı
A- A+

Bu qoca nağıllardakı qorxulu məxluqlardan birinə bənzəyir. Onun dərisi qabıq qoyan ilan dərisinə bənzəyir və çirk lay-lay tökülür. Gözləri tükdən, çirkdən görünmür. Pis qoxusunu isə az qala bir kilometrdən hiss etmək olur
Səbəb sadədir.

Qoca yoluxucu xəstəliyə və ya dəri mərəzinə tutulmayıb. Sadəcə, o, artıq 60 ildir ki, yuyunmur.
Milli.Az İRNA-ya istinadən bildirir ki, Amu Hacı adlı bu qoca İranın Farsa vilayətindəki kiçik Decqə kəndinin yaxınlığında yaşayır. 

Amu çox primitiv həyat sürür. Onun yeganə "varidat"ı metal boru kəsiyidir. Bu kəsikdən qəlyan kimi istifadə edən qoca qurudulmuş peyin çəkir.
Fotoqraf qocaya bir qutu siqaret verib, Amu da siqaretlərin hamısını birdən çəkməyə başlayıb.
Amunun niyə belə yaşamasının, 60 ildən bəri yuyunmamasının səbəbini kimsə bilmir.

Onun əsas qidası tonqalda bişirdiyi heyvan leşləridir.
Kənd camaatı da ona hərdənbir yemək verir.

Milli.Az












Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/389541.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR