Ulu öndər Heydər Əliyevin əziz xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq

Ulu öndər Heydər Əliyevin əziz xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq
17:53 11 Dekabr 2015
22 Digər
Ölkə mətbuatı
A- A+


Lənkəran, 11 dekabr, Bağır Əliyev, AZƏRTAC
Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzində Ümummilli Liderin xatirəsinə həsr olunmuş “Tarix yaradan şəxsiyyət” mövzusunda keçirilən anım tədbirində böyük rəhbərin zəngin və mənalı ömür yolundan, onun Azərbaycan xalqı qarşısında əvəzolunmaz xidmətlərindən söhbət açılıb.
AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin Mərkəzdə ucaldılmış büstü önünə gül dəstələri düzərək, dahi rəhbərin ictimai-siyasi fəaliyyətini əks etdirən ekspozisiya ilə tanış olub, sənədli filmə baxıblar.
Tədbirdə çıxış edən Mərkəzin direktoru Seyidzadə Şəfiyeva və baş mühafiz Aygün İbrahimova ümummilli lider Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısındakı xidmətlərindən danışıblar. Qeyd olunub ki, bəşər tarixində bir çox şəxsiyyətlərin həyat və fəaliyyəti bütöv bir xalqın, dövlətin inkişaf yolunda müstəsna rol oynayıb. Belə nadir şəxsiyyətlərdən biri də ötən əsrin və yeni minilliyin görkəmli siyasi və dövlət xadimi, xalqımızın ümummilli lideri Heydər Əliyevdir.
Diqqətə çatdırılıb ki, ümummilli lider Heydər Əliyevin ilk dəfə hakimiyyətdə olduğu 1969–1982–ci illər Azərbaycanın quruculuq salnaməsində ən dolğun səhifələri təşkil edib. Bu illər tariximizə siyasi, iqtisadi, mədəni və mənəvi yüksəliş dövrü kimi daxil olub.
Eyni zamanda, Azərbaycanın müstəqil bir dövlət kimi formalaşmasında da ümummilli lider Heydər Əliyevin xidmətləri əvəzsizdir. Ulu Öndərin müstəqil Azərbaycanda rəhbərliyə qayıdışı ilə ölkənin ictimai–siyasi, sosial–iqtisadi, elmi–mədəni həyatında, beynəlxalq əlaqələrdə dönüş yarandı. Milli ordunun formalaşdırılması, Azərbaycanın milli mənafelərini qorumağa qadir nizami silahlı qüvvələrin yaradılması, torpaqlarımızın müdafiə olunması ilə bağlı mühüm addımlar atıldı. Ümummilli Liderin düzgün qurduğu daxili və xarici siyasətin nəticəsidir ki, bu gün müstəqil Azərbaycan beynəlxalq aləmdə qüdrətli, zəngin, demokratik ölkə kimi mövqeyini günbəgün möhkəmləndirməkdədir.
Böyük rəhbərin siyasi xəttini uğurla davam etdirən Prezident İlham Əliyevin həyata keçirdiyi düzgün və düşünülmüş siyasət nəticəsində ölkəmizin beynəlxalq imici yüksəlib və möhkəmlənib.
Bütün bu uğurların əsasını qoymuş ulu öndər Heydər Əliyevin əziz xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Ulu_onder_Heyder_Aliyevin_eziz_xatiresi_xalqimizin_qelbinde_ebedi_yasayacaq-910429

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR