Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi mətbuat xidmətinin məlumatı

17:58 11 Dekabr 2015
15 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 11 dekabr, AZƏRTAC
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a daxil olan məlumatda deyilir ki, din xadimi kimi təqdim olunan Nuhbala Rəhimov komitədə dövlət qeydiyyatından keçmiş hər hansı bir dini icmanın rəhbəri deyil. Eyni zamanda, Qafqaz Müsəlmanları İdarəsindən Dövlət Komitəsinə verilən məlumata əsasən, N.Rəhimovun din xadimi kimi də rəsmi təyinatı yoxdur.
Dini icması Dövlət Komitəsində qeydiyyatdan keçməmiş “Hüseyniyyə” məscidinin bağlanması barədə məlumata gəlincə, bildiririk ki, ümumiyyətlə, Nardarandakı ibadət evlərinin fəaliyyyətinə Dövlət Komitəsi və hüquq mühafizə orqanları tərəfindən heç bir müdaxilə edilməyib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR