Bakıda 24 yaşlı qızın evindəmeyiti tapıldı

18:01 11 Dekabr 2015
45 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda mənzildə 24 yaşlı qızın meyiti tapılıb.

ANS PRESS-in Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinə istinadən verdiyi məlumatına görə, Bakı şəhəri, Nərimanov rayonunda 1991-cı il təvəllüdlü Əzizova Nərmin Rəhim qızı mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilə baxış keçirərkən zərərçəkmişi hamamda huşsuz vəziyyətdə aşkar ediblər.

Hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparılmış ilkin müayinə zamanı N.Əzizovanın dəm qazından vəfat etdiyi müəyyən olunub.

Ötən gün isə, Sabunçu rayonunun Zabrat qəsəbəsində yaşayan Lentruş İsmayılov evində dəm qazından zəhərlənərək ölmüş, həyat yoldaşı Firuzə isə xəstəxanaya yerləşdirilib.

Suraxanı rayonunun Zığ qəsəbəsində yaşayan Nigar Yarəhmədova evində dəm qazından zəhərlənərək ölmüşdür. Hər iki faktla bağlı araşdırmalar aparılır.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=367050

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR