“Xəbərsizsiniz” verilişi bağlandı (VİDEO)

“Xəbərsizsiniz” verilişi bağlandı (VİDEO)
18:16 11 Dekabr 2015
88 Şou
Ölkə mətbuatı
A- A+

ANS TV-nin efirində yayımlanan “Xəbərsizsiniz” verlişi bu gündən fəaliyyətini dayandırır.

Bu barədə “Xəbərsizsiniz”in efirində verlişin aparıcısı Murad Əzimzadə deyib.

O, sonuncu veriliş bitən kimi 1 il 4 ay verlişin yayımlanmasına icazə verən ANS Televizyasının rəhbərliyinə öz minnətdarlığını bildirib.

Verilişin aparıcısı Murad Əzimzadə ANS PRESS-ə danışaraq bildirib ki, yayımda ciddi problem olmayıb: “Heç bir ciddi səbəbə görə verilış bağlanmayıb. Kanalın yayım strateqiyası məsələlərinə görə bağlanıb”.

Aparıcı ANS TV-də işlədiyini və “Ağıl dəryası”nın aparıcısı olduğunu qeyd edib.


"Ağıl dəryası"nın baneri

“Xəbərsizsiniz” verlişi hər cümə günü saat 14:00-da efirdə canlı olaraq yayımlanırdı. Verilişdə əsasən sosial, şou-biznes, gündəmdə olan məsələlər, fövqəladə hadisələr müzakirə edilib. "Xəbərsizsiniz" verilişində hər mövzuya uyğun tanınmış qonaqlar və ekspertlər dəvət olunurdu, həftədə bir dəfə birbaşa yayımlanırdı.

"Xəbərsizsiniz" verilişi

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=5&nid=367062

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR