Aşqabadda ümummilli lider Heydər Əliyevin xatirəsi dərin ehtiramla anılıb

18:23 11 Dekabr 2015
10 Digər
Ölkə mətbuatı
A- A+


Aşqabad, 11 dekabr, AZƏRTAC
Ümummilli lider Heydər Əliyevin vəfatının 12-ci ildönümü ilə əlaqədar Azərbaycanın Türkmənistandakı səfirliyində anma mərasimi təşkil edilib.
Mərasimdə Azərbaycanın Türkmənistandakı səfirliyinin əməkdaşları, bu ölkədə yaşayan soydaşlarımız iştirak ediblər.
Ümummilli Liderin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Mərasimdə Azərbaycanın tarixi və taleyinin bütöv bir mərhələsinin Heydər Əliyevin adı ilə qırılmaz tellərlə bağlı olduğunu bildirən natiqlər, onun hakimiyyətdə olduğu illərdə xalqın ictimai-siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrində sürətli yüksəlişin baş verdiyini diqqətə çatdırıblar.
Çıxış edənlər ulu öndər Heydər Əliyevin bütün mənalı ömrü boyu Vətənin tərəqqisi naminə çalışdığını vurğulayıb, zəngin mədəniyyəti, böyük tarixi keçmişi ilə həmişə qürur duyduğu Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxardığını bildirdilər.

İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Aşqabad

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR