Xalq artistinin səhhətində irəliləyiş yoxdur: "Övladlarım narahatdır"

Xalq artistinin səhhətində irəliləyiş yoxdur: "Övladlarım narahatdır"
18:39 11 Dekabr 2015
82 Şou
Ölkə mətbuatı
A- A+

“Səhhətimdə müsbətə doğru irəliləyiş hiss olunmur”. Bu sözləri Lent.az-a bir müddət əvvəl səhhəti pisləşən xalq artisti Yalçın Rzazadə deyib. O bildirib ki, İranda pulsuz əməliyyat təklifi alıb: “Azərbaycanda səhhətimlə çoxları maraqlanmır. Amma İrandan tanımadığım bir həkim mənə zəng edərək, öz ölkəsinə dəvət etdi. Dedi ki, yol pulu ver gəl, əməliyyat, müalicə xərclərini ödəyərik. Amma mən buna razı olmadım. Çünki mən bir neçə il öncə Türkiyədə əməliyyat olunmuşam. Yenidən İstanbula qayıtmaq, orada müayinə olunmaq istəyirəm. Amma bu, hələ ki, istək olaraq qalıb. Maddi imkanım yoxdur. Buna görə də hər gün evdə dərmanlar qəbul edib, sistemlərimi vurdururam. Allahdan ümidimi kəsmirəm. Mənim də əməliyyatıma pul tapılacağına inanıram. Övladlarım da mənə görə narahatdır. Hətta deyirlər ki, ata biz nə edək? Mənə mənəvi dayaq dururlar”.

 

Qeyd edək ki, Y.Rzazadə 5 il öncə Türkiyədə ürəyindən əməliyyat olunub. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/224888

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR