Prezident İlham Əliyevə başsağlığı gəlməkdə davam edir

Prezident İlham Əliyevə başsağlığı gəlməkdə davam edir
18:42 11 Dekabr 2015
29 Ölkə
Ölkə mətbuatı
A- A+

Xorvatiyanın sabiq (2000-2010) Prezidenti Stepan Mesiçdən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə başsağlığı verib.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, başsağlığında deyilir:

"Möhtərəm cənab Prezident,

Dekabrın 4-də "Günəşli" neft yatağındakı platformada qəza nəticəsində insanların həlak olması xəbəri məni dərindən sarsıtdı.

Zati-aliləri, Sizə dərin hüznlə başsağlığı verir, faciə nəticəsində həyatını itirmiş insanların doğmalarına səbir diləyir, xəsarət alanların tezliklə sağalmasını arzu edirəm".

X X X

İtaliya Respublikasının Prezidenti Sergio Mattarella Prezidenti İlham Əliyevə başsağlığı verib.

Başsağlığında deyilir:

"Hörmətli cənab Prezident,

Xəzər dənizinin "Günəşli" neft yatağındakı platformada baş verən qəza nəticəsində insanların həyatlarını itirməsi, itkin düşməsi və xəsarət alması xəbərini dərin kədər hissi ilə qarşıladım.

İtkin düşən insanların axtarışının müsbət nəticələnəcəyinə ümid edir, Sizə, faciənin qurbanlarının ailələrinə və yaxınlarına, bütün Azərbaycan xalqına İtaliya xalqı adından və şəxsən öz adımdan dərin hüznlə başsağlığı verir, xəsarət alanların tezliklə sağalmalarını diləyirəm.

Zati-aliləri, bu hüznlü günlərdə Sizin yanınızda olduğumuzu və kədərinizə şərik çıxdığımızı bildirirəm".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/389566.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR