Fövqəladə Hallar Nazirliyində nüvə təhlükəsizliyi mövzusunda beynəlxalq videokonfrans

Fövqəladə Hallar Nazirliyində nüvə təhlükəsizliyi mövzusunda beynəlxalq videokonfrans
18:43 11 Dekabr 2015
43 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 11 dekabr, AZƏRTAC
Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin “Əməliyyat zalı”n¬da Amerika Birləşmiş Ştatlarının Daxili Təhlükəsizlik Departamenti ilə videokonfrans keçirilib.
Fövqəladə Hallar Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, videokonfransda ABŞ Dövlət Departamentinin regional əlaqələr şöbəsinin Avropa məsələləri, Qafqaz və regional münaqişələr bürosunun əməkdaşları Varren Vilson və Rayan Şaffer, ABŞ Daxili Təhlükəsizlik Departamentinin beynəlxalq əməkdaşlıq şöbəsinin direktor köməkçisinin müavini Mark Vitrok və analitiklər, Birləşmiş Ştatların ölkəmizdəki səfirliyinin müdafiə əməkdaşlıq idarəsinin rəisi Jay Mihal, hərbi dəniz attaşesi Tomas Vipiski, iqtisadi idarənin rəisi Karter Vilbur iştirak ediblər.
Videokonfransın gedişində Fövqəladə Hallar Nazirliyinin beynəlxalq əlaqələr idarəsinin rəisi, polkovnik Ərgüc Kələntərli və Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyinin rəis əvəzi Vüqar Hüseynov nazirliyin fəaliyyəti, ölkəmizdə fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində görülən işlər və bu sahədə beynəlxalq əməkdaşlıq, habelə nüvə və radioloji fəaliyyətin tənzimlənməsi üzrə həyata keçirilən tədbirlər barədə danışıblar.
Sonra nüvə təhlükəsizliyi sahəsində hüquqi və tənzimləyici qanunvericilik bazasının təhlili və təkmilləşdirilməsi, nüvə tədqiqatı bacarıqlarının yaradılması, nüvə və radioloji fövqəladə hazırlıq sisteminin təkmilləşdirilməsi və nüvə təhlükəsizliyi ilə bağlı kadr hazırlığı məsələlərinə dair ABŞ nümayəndələri ilə müzakirələr aparılıb.
ABŞ Daxili Təhlükəsizlik Departamentinin əməkdaşları regionda nüvə təhlükəsizliyinin gücləndirilməsi istiqamətində Azərbaycan Hökuməti ilə əməkdaşlıq etməkdə maraqlı olduqlarını vurğulayıblar.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Fovqelade_Hallar_Nazirliyinde_nuve_tehlukesizliyi_movzusunda_beynelxalq_videokonfrans-910452

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR