Heydər Əliyev möhtəşəm quruculuq siyasəti ilə Azərbaycanın ən yeni tarixini yazmış fenomen şəxsiyyətdir

Heydər Əliyev möhtəşəm quruculuq siyasəti ilə Azərbaycanın ən yeni tarixini yazmış fenomen şəxsiyyətdir
18:58 11 Dekabr 2015
32 Digər
Ölkə mətbuatı
A- A+


Astara, 11 dekabr, Bağır Əliyev, AZƏRTAC
Dekabrın 11-də Astara şəhərindəki Heydər Əliyev Mərkəzində ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş elmi-praktik konfransda böyük rəhbərin xatirəsi dərin ehtiramla yad edilib.
AZƏRTAC xəbər verir ki, konfrans iştirakçıları əvvəlcə Ulu Öndərin Mərkəzdə ucaldılmış büstü önünə gül dəstələri düzüb, böyük rəhbərin zəngin və mənalı ömür yolunu əks etdirən “Heydər Əliyev - Dahi şəxsiyyət” sənədli filminə baxıblar.
Konfransda çıxış edən Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev bildirib ki, xalqımız müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünyaşöhrətli siyasi xadim, ulu öndər Heydər Əliyevin anım gününü dərin hüznlə qeyd edir. Müdrik və uzaqgörən siyasəti, dövlət xadiminə xas olan böyük istedadı ilə fərqlənən, xarizmatik lider Heydər Əliyevin hələ sağlığında canlı əfsanəyə çevrildiyini vurğulayan Q.Ağayev, Ulu Öndəri Azərbaycan xalqının yetişdirdiyi görkəmli şəxsiyyət, dövlət idarəçiliyi sahəsində böyük təcrübəyə malik dahi insan, xalqını sevən Böyük Azərbaycanlı kimi xarakterizə edib.
Bildirilib ki, Azərbaycanın qüdrətli dövlətə çevrilməsi, dinamik sosial-iqtisadi inkişafı, dünya birliyində öz layiqli yerini daha da möhkəmləndirməsi məhz Heydər Əliyev ideyalarının yaşamasının, siyasi kursunun uğurla davam etdirilməsinin nəticəsidir.
Elmi-praktik konfransda rayon icra hakimiyyəti başçısının müavini Yasəmən Rəsulova Ulu Öndərin ömür yolu barədə məruzə edib.
Yeni Azərbaycan Partiyası Astara rayon təşkilatının sədri Firudin Əhmədov, rayon Ağsaqqallar Şurasının sədri Hamlet Əliyev, ağsaqqal Nəsrəddin Teymurov, keçmiş Ali Sovetin deputatı Əminə Həsənova, şəhər 1 nömrəli tam orta məktəbin müəllimi Gülnar Məmmədova çıxış edərək Ulu Öndərin tarixi xidmətlərindən danışıb, onunla görüşləri barədə xatirələrini bölüşüblər.
Qeyd olunub ki, Heydər Əliyev möhtəşəm quruculuq siyasəti ilə Azərbaycanın ən yeni tarixini yazmış fenomen şəxsiyyətdir. Bu siyasəti inamla davam etdirən Prezident İlham Əliyev isə Ulu Öndərin yaratdığı şanlı tarixi yaşatmaqla bərabər, müasir dövlətçilik məktəbinin banisinə çevrilib, fəaliyyəti ilə yeni tarixi epoxanın əsasını qoyub.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Heyder_Aliyev_mohtesem_quruculuq_siyaseti_ile_Azerbaycanin_en_yeni_tarixini_yazmis_fenomen_sexsiyyetdir-910457

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR