Sabah "Şahdağ" qış-yay turizm kompleksində qış mövsümünə start veriləcək

Sabah "Şahdağ" qış-yay turizm kompleksində qış mövsümünə start veriləcək
19:02 11 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. 11 dekabr. REPORT.AZ/ Sabahdan "Şahdağ" qış-yay turizm kompleksi qış mövsümünün açılışı ilə əlaqədar dağ-xizək kurortu turistlərin ixtiyarına veriləcək. "Report" xəbər verir ki, hazırda "Şahdağ" qış-yay turizm kompleksində hazırlıq işləri görülür. 
Kompleksdə ticarət mərkəzləri, restoran, kafe, oyun zalı, xizəksürmə, kanat, tibb xidmətləri, bar və digər xidmətlər fəaliyyət göstərir. İstirahət mərkəzində xizək sürmək üçün lazım olan bütün avadanlıq və geyimlərin satıldığı, eləcə də kirayə verildiyi obyektlər var. İlkin mərhələdə kompleksdə 3 mindən çox turistin qəbul edilməsi üçün şərait yaradılıb.
Xatırladaq ki, təməli 2009-cu ilin sentyabrında qoyulan və Azərbaycan tarixində ilk dağ-xizək kurortu olan "Şahdağ" qış-yay turizm kompleksi Qusar rayonunun mərkəzindən 32, paytaxtdan isə 210 kilometr məsafədə yerləşir.









Xəbərin orijinal ünvanı: http://report.az/turizm-ve-sergiler/sabah-sahdag-qis-yay-turizm-kompleksinde-qis-movsumune-start-verilecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR