Azərbaycan Xəzər Dəniz Gəmiçiliyində Ulu Öndərin xatirəsi ehtiramla yad edilib

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyində Ulu Öndərin xatirəsi ehtiramla yad edilib
19:13 11 Dekabr 2015
41 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 11 dekabr, Elvin Camalov, AZƏRTAC
Xalqımızın ümummilli lideri Heydər Əliyevin əziz xatirəsi “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətində ehtiramla yad edilib.
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-dən AZƏRTAC-a bildirilib ki, Ulu Öndərin anım günü ərəfəsində Dəniz Akademiyasında xatirə tədbiri keçirilib. Tədbirdə gəmiçiliyin və müxtəlif struktur bölmələrin rəhbərləri, əmək kollektivinin nümayəndələri, akademiyanın professor-müəllim heyəti və tələbələri iştirak ediblər.
Əvvəlcə müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla anılıb. Sonra Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru Çingiz Əliyev Ümummilli Liderin zəngin həyat yolu barədə çıxış edərək bildirib ki, Heydər Əliyev, sözün əsl mənasında, vətənin böyük oğlu, lideri, bənzərsiz dövlət xadimi idi. O, ölkəmizi hərtərəfli inkişafa, tərəqqiyə çatdırıb, dövlətin siyasətini, iqtisadiyyatını, elmini, təhsilini, mədəniyyətini dünya standartları səviyyəsinə qaldırıb, 34 illik rəhbərliyi dövründə Azərbaycanımızın ən ağır vaxtlarında, ən çətin məqamlarında belə onu təklənməyə, dağılmağa, parçalanmağa qoymayıb. Ümummilli lider Heydər Əliyev elə nadir şəxsiyyətlərdəndir ki, hələ sağlığında xalqının qəlbində özünə möhtəşəm bir abidə ucaldaraq canlı əfsanəyə çevrilib. O, azərbaycanlı olması ilə fəxr etdiyi kimi, hər bir azərbaycanlı da Heydər Əliyevin şah əsəri sayılan müstəqil Azərbaycanın vətəndaşı olmaqdan qürur duyur, böyük öndərə dərin hörmət və məhəbbətini onun ideyalarının layiqli davamçısı, dövlət başçımız İlham Əliyevin ətrafında daha sıx birləşməklə nümayiş etdirir. Bu gün Azərbaycan adlı nəhəng bir gəminin sükanı etibarlı əllərdədir. İndi ölkəmiz nüfuzlu beynəlxalq təşkilatlarda söz sahibidir. Müstəqillik yolunda inamla addımlayan respublikamız dünyada gedən demokratikləşmə və əməkdaşlıq proseslərində yaxından iştirak edən dövlət kimi beynəlxalq birliyin tərkib hissəsidir.
Digər natiqlər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrləri tariximizdə böyük siyasi dönüşlərin və yeni mərhələlərin başlanğıcı olaraq dəyərləndiriblər. Qeyd olunub ki, Ulu Öndərin siyasi, iqtisadi, ictimai və mədəni həyatımızın bütün sahələrində həyata keçirdiyi planlar artıq gerçəkliyə çevrilib. Heydər Əliyevin fəaliyyəti də, şəxsiyyəti də Azərbaycan tarixinin ayrılmaz bir hissəsini təşkil edir.
Tədbirdə ümummilli lider Heydər Əliyevə həsr olunmuş şeirlər səslənib, həyat və fəaliyyəti haqqında videofilm nümayiş etdirilib.





Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycan_Xezer_Deniz_Gemichiliyinde_Ulu_Onderin_xatiresi_ehtiramla_yad_edilib-910470

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR