"Qarabağ" və "Qəbələ" Avropa Liqasında nə qədər qazandı?

"Qarabağ" və "Qəbələ" Avropa Liqasında nə qədər qazandı?
19:17 11 Dekabr 2015
49 İdman
Ölkə mətbuatı
A- A+

"Qəbələ" və "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsi çərçivəsində keçirdikləri oyunların nəticələrinə görə UEFA tərəfindən alacaqları pulun məbləği açıqlanıb.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, iki təmsilçimiz birlikdə 720 min avro əldə edəcək.
 
Bu məbləğin 480 min avrosu "Qarabağ"ın payına düşür. "Köhlən atlar" qrup mərhələsi çərçivəsində "Anderlext" üzərində qazandığı qələbəyə görə 360 min, "Monako" ilə heç-heçəyə görə isə 120 min avro qazanıb. Aktivində 2 heç-heçəsi olan "Qəbələ"nin hesabına isə UEFA 240 min avro köçürəcək.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/389482.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR