“Bakı Şəhər Halqası” şirkəti təmir işləri ilə bağlı açıqlama yayıb

“Bakı Şəhər Halqası” şirkəti təmir işləri ilə bağlı açıqlama yayıb
19:18 11 Dekabr 2015
39 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 11 dekabr, AZƏRTAC
“Formula-1” Avropa Qran-pri yarışlarının Azərbaycandakı təşkilatçısı “Bakı Şəhər Halqası” (Baku City Circuit) gələn ilin iyununda keçiriləcək mötəbər idman hadisəsi ilə bağlı hazırlıq işlərini davam etdirir. Paytaxtın yarış trekinin keçiriləcəyi mərkəzi küçələrdə təmir-tikinti işləri qismən həyata keçirilir.
“Bakı Şəhər Halqası”ndan AZƏRTAC-a bildiriblər ki, dekabrın 12-dən Bülbül küçəsinin Xaqani və Zərifə Əliyeva küçələrinin kəsişmələri arasında yol asfalt örtüyünün təmirinə bağlanacaq. Avtomobillərin hərəkətinə qoyulacaq məhdudiyyətlər artıq dekabrın 13-dən 14-nə keçən gecə, bazar ertəsi aradan qaldırılacaq.
Qurum bildirir ki, yarışdan əvvəl salınacaq və “Formula-1” yarışları standartına cavab verən yenilənmiş yollar daimidir və Qran-pridən sonra paytaxt sakinlərinin istifadəsində olacaq.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Baki_Seher_Halqasi_sirketi_temir_isleri_ile_bagli_achiqlama_yayib-910471

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR