Naxçıvanda 12 xəstə üzərində açıq ürək əməliyyatı aparılacaq

19:37 11 Dekabr 2015
29 Sosial
Ölkə mətbuatı
A- A+

Bu barədə "Report"a deputat Rəşad Mahmudov özü məlumat verib.
O bildirib ki, Naxçıvan Respublika Xəstəxanasında “Azərbaycan Səhiyyəsində yeniliklər” adlı elmi-praktiki konfrans keçirilir: "Konfransda dünyada tibb sahəsindəki ən son yeniliklər, Azərbaycan səhiyyəsinin son illərdəki nailiyyətləri və Naxçıvanda səhiyyənin bu günü və gələcəyi mövzuları müzakirələrin əsas istiqamətidir".
Millət vəkilinin sözlərinə görə, onun rəhbərliyi altında keçirilən aksiyada Mərkəzi Neftçilər Xəstəxanasının həkim briqadası 100-ə yaxın xəstə müayinə edəcək: "Eləcə də 12 xəstə üzərində açıq ürək əməliyyatı tətbiq ediləcək".
Cərrah həmçinin qeyd edib ki, aksiya 10-14 dekabr tarixlərini əhatə edəcək.

Xəbərin orijinal ünvanı: http://report.az/sehiyye/naxcivanda-12-xeste-uzerinde-aciq-urek-emeliyyati-aparilacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR