Azərbaycanda 2015-ci ilin ilk ayının hava proqnozu açıqlanıb

Azərbaycanda 2015-ci ilin ilk ayının hava proqnozu açıqlanıb
11:32 30 Dekabr 2014
75 Digər
Ölkə mətbuatı
A- A+

[ 30 Dekabr 2014 11:23 ]

Yanvar ayının ilk günlərində hava şəraitinin soyuq və yağıntılı olacağı gözlənilir

Bakı. Könül Kamilqızı - APA. Azərbaycan ərazisində 2015-ci ilin yanvar ayına olan hava proqnozu açıqlanıb.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, yanvar ayının ilk günlərində hava şəraitinin soyuq və yağıntılı olacağı gözlənilir. Ayın birinci yarısında havanın temperaturu iqlim normasına yaxın, bəzi günlərdə bir qədər yüksək olacağı, ikinci ongünlüyün sonunda və üçüncü ongünlükdə hava şəraitinin soyuq keçəcəyi, temperaturun iqlim normasından aşağı olacağı ehtimal olunur.

 

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə iqlim normasından bir qədər çox olacağı gözlənilir.

 

Bakı və Abşeron yarımadasında orta aylıq temperaturun 3-5 dərəcə isti (gecələr 1-5 dərəcə isti, üçüncü ongünlüyün bəzi günlərində 2-7 dərəcə şaxta, gündüzlər 5-10 dərəcə isti, bəzi günlərdə 14 dərəcəyədək isti, ayın üçüncü ongünlüyündə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Ayın üçüncü ongünlüyündə orta sutkalıq temperatur 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti təşkil edəcək.

 

Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 18-28 mm), bəzi yerlərdə isə bir qədər çox olacaq.

 

Naxçıvan Muxtar Respublikasında orta aylıq temperaturun 2 dərəcə şaxtadan 2 dərəcəyədək isti (gecələr 5-10, bəzi günlərdə 13-18, üçüncü ongünlükdə isə 20-25 dərəcə şaxta, gündüzlər 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, bəzi günlərdə 5-10 dərəcə isti, ayın üçüncü ongünlüyündə 3-6 dərəcə şaxta) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Ayın üçüncü ongünlüyündə orta sutkalıq temperatur 2-5 dərəcə şaxta təşkil edəcək.

 

Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 14-25 mm), bəzi yerlərdə isə normadan bir qədər çox olacaq.

 

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən və Gədəbəy rayonlarında orta aylıq temperaturun 1-3 dərəcə şaxta (gecələr 2-7, bəzi günlərdə 10-15, üçüncü ongünlükdə dağlıq ərazilərdə 18-23 dərəcə şaxta, gündüzlər 0-5 dərəcə isti, bəzi günlərdə 9 dərəcəyədək isti, ayın üçüncü ongünlüyündə 2-7 dərəcə şaxta) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Ayın üçüncü ongünlüyündə orta sutkalıq temperatur 4-6 dərəcə şaxta təşkil edəcək.

 

Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 16-24 mm) olacaq.

 

Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında orta aylıq temperaturun 1-3 dərəcə isti (gecələr 0-4 dərəcə isti, bəzi günlərdə 2-7 dərəcə şaxta, gündüzlər 4-9 dərəcə isti, bəzi günlərdə 0-4 dərəcə şaxta) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Ayın üçüncü ongünlüyündə orta sutkalıq temperatur 2 dərəcə şaxtadan 2 dərəcəyədək isti təşkil edəcək.

 

Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 10-32 mm) olacaq.

 

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Xızı, Siyəzən, Şabran, Quba, Qusar, Xaçmaz rayonlarında orta aylıq temperaturun 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti (gecələr 1-6 dərəcə şaxta, bəzi günlərdə 4 dərəcəyədək isti, ayın üçüncü ongünlüyündə 9-14, yüksək dağlıq ərazilərdə 20-25 dərəcə şaxta, gündüzlər 1-5 dərəcə isti, bəzi günlərdə 10 dərəcəyədək isti, ayın üçüncü ongünlüyündə 1-6 dərəcə şaxta) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Ayın üçüncü ongünlüyündə orta sutkalıq temperatur 2-6 dərəcə şaxta təşkil edəcək.

 

Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 22-49 mm), bəzi yerlərdə isə normadan bir qədər çox olacaq.

 

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında orta aylıq temperaturun 2-5 dərəcə isti (gecələr 0-5 dərəcə isti, bəzi günlərdə 1-6 dərəcə şaxta, gündüzlər 4-9 dərəcə isti, bəzi günlərdə 13 dərəcəyədək isti, ayın üçüncü ongünlüyündə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Ayın üçüncü ongünlüyündə orta sutkalıq temperatur 2 dərəcə şaxtadan 2 dərəcəyədək isti təşkil edəcək.

 

Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 17-30 mm), bəzi yerlərdə isə normadan bir qədər çox olacaq.

 

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında orta aylıq temperaturun 2-6 dərəcə isti, dağlarda 2-6 dərəcə şaxta (gecələr 0-5 dərəcə isti, bəzi günlərdə 1-5 dərəcə, dağlarda 10-15 dərəcə şaxta, üçüncü ongünlükdə 18 dərəcəyədək şaxta, gündüzlər 5-10, bəzi günlərdə 14 dərəcəyədək isti, ayın üçüncü ongünlüyündə 0-5 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır.

 

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 63-98 mm), bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR