Daxili Qoşunların hərbi qulluqçuları ulu öndər Heydər Əliyevin ideyalarına sadiqdirlər

19:43 11 Dekabr 2015
21 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 11 dekabr, AZƏRTAC
Dekabrın 11-də Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının (DQ) Baş İdarəsində xalqımızın ümummilli lideri Heydər Əliyevin anım mərasimi keçirilib.
Daxili Qoşunların mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbir Ulu Öndərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və dövlət himninin ifa olunması ilə başlayıb.
Sonra ümummilli lider Heydər Əliyevin mənalı həyatı və çoxşaxəli siyasi fəaliyyətini əks etdirən film nümayiş olunub.
Tədbirdə çıxış edən Milli Məclisin deputatı Zahid Oruc Heydər Əliyevin həyat və fəaliyyətinin hər birimiz üçün əsl örnək olduğunu söyləyib. O, Ulu Öndərin dahi siyasətçi və dövlət xadimi kimi Azərbaycan tarixində silinməz izlər qoyduğunu bildirib. Qeyd edib ki, hələ gənc yaşlarından etibarən məntiqi, uzaqgörənliyi, istedadı, bacarığı ilə həmyaşıdlarından fərqlənən bu nadir şəxsiyyətin dövlət təhlükəsizlik orqanlarındakı fəaliyyəti onun gələcəkdə dahi rəhbər olacağına bir işarə idi. Heydər Əliyevin öz dühası ilə Azərbaycanı sürətli inkişaf yoluna çıxardığını, onu dünyada tanıtdığını deyən Z.Oruc vurğulayıb ki, məhz dahi rəhbərin fəaliyyəti nəticəsində ölkəmiz dünya dövlətləri sırasında layiqli yerini müəyyən etdi.
Milli Məclisin deputatı Heydər Əliyev şəxsiyyətinin onilliklər sonra da Azərbaycan xalqı tərəfindən böyük qürur hissi ilə xatırlanacağına əminliyini ifadə edib.
Daxili işlər nazirinin müavini - Daxili Qoşunların komandanı, general-leytenant Şahin Məmmədov anım gününün nəinki respublikamızda, dünyanın hər bir ölkəsində yaşayan soydaşlarımız tərəfindən qeyd olunduğunu bildirib. General-leytenant Ş.Məmmədov müasir müstəqil Azərbaycanın qurucusu ulu öndər Heydər Əliyevin xalqımız, dövlətimiz, millətimiz üçün misilsiz xidmətlərinin nəhayətsiz olduğunu söyləyib. Vurğulayıb ki, Ümummilli Liderin müəyyənləşdirdiyi vəzifələr ümumxalq sevgisi qazanmış Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən bu gün uğurla davam etdirilir.
General-leytenant Şahin Məmmədov çıxışının sonunda əminliklə bildirib ki, Daxili Qoşunların hərbi qulluqçuları Ulu Öndərimizin əbədiyaşar ideyalarına bundan sonra da sadiq olacaq, Vətənimizi Heydər Əliyev kimi sevəcək, dövlətimizə, dövlətçiliyimizə qarşı çıxanlarla barışmaz olacaq, Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin ətrafında sıx birləşəcək, onun əmr və göstərişlərini sözsüz yerinə yetirəcəklər. Ümummilli Liderimizin daim Azərbaycanla, xalqımızla birgə olan ruhu qarşısında bunu etməyə hər birimiz borcluyuq.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Daxili_Qosunlarin_herbi_qulluqchulari_ulu_onder_Heyder_Aliyevin_ideyalarina_sadiqdirler-910482

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR