Ədliyyə naziri Qusar rayonunda vətəndaşları qəbul edəcək

Ədliyyə naziri Qusar rayonunda vətəndaşları qəbul edəcək
19:48 11 Dekabr 2015
54 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 11 dekabr, AZƏRTAC 
Prezident İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq ədliyyə naziri Fikrət Məmmədov tərəfindən dekabrın 16-da Qusar rayonunda vətəndaşların qəbulu keçiriləcək.
Ədliyyə Nazirliyi mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, qəbulda Qusar, Quba və Xaçmaz rayonlarında yaşayan vətəndaşların ədliyyə və məhkəmə fəaliyyəti ilə bağlı müraciətlərinə baxılacaq.
Qəbul saat 11:00-da Qusar rayonu Heydər Əliyev Mərkəzində (ünvan: Qusar rayonu, M.Vəliyev küçəsi) keçiriləcək.
Vətəndaşlar qəbula Xaçmaz regional ədliyyə şöbəsi (ünvan: Xaçmaz şəhəri, H.Əliyev prospekti, bina 17, əlaqə telefonu: (02332) 5-18-88), habelə Ədliyyə Nazirliyinin 510-10-01 (əlavə 2104), 055-925-37-41 nömrəli telefonları və contact@justice.gov.az  elektron poçt ünvanı vasitəsilə, eləcə də Qusar rayonu Heydər Əliyev Mərkəzində yazıla bilərlər.
Eyni zamanda, vətəndaşların rahatlığı üçün ədliyyə nazirinin keçirəcəyi qəbula elektron qaydada birbaşa yazılmaq imkanı yaradılıb. Bu məqsədlə Ədliyyə Nazirliyinin elektron xidmətlər portalına (www.exidmet.justice.gov.az) müraciət etmək lazımdır.
 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR