"İnter"in baş məşqçisi: "Zədələr bizi çox sıxır"

"İnter"in baş məşqçisi: "Zədələr bizi çox sıxır"
19:53 11 Dekabr 2015
22 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

"Zədələr bizi çox sıxır". Trend-in OFL-in saytına istinadən verdiyi məlumata görə, bunu Premyer Liqanın XVI turunun “İnter” - “Sumqayıt” (3:2) oyununda sonra paytaxt təmsilçisinin baş məşqçisi Zaur Svanadze deyib.

O, qeyd edib: “Biz oyuna pis başladıq və 2-ci dəqiqədə qol buraxdıq, şokdan yeni ayılmışdıq ki, ikinci qolu buraxdıq, sonra 3-cü qolu qapımızda gördük. Daha sonra oyuna nəzarət etdik, qollar vurduq. Zədələr bizi çox sıxır. Son məşqdə zədə alan Dieqo Martins də oyunda iştirak edə bilmədi. Səhvlər üzərində işləmək və güclənmək lazımdır”.

“Sumqayıt”ın baş məşqçisi Samir Abasov isə bu qarşılaşmanın sanki “Kəpəz”lə oyunun davamı olduğunu deyib: “İnter”lə gərgin, maraqlı oyun alındı, azarkeşlər çox qol gördülər. Həyəcanlı bir görüş alındı. Heç-heçə də edə bilərdik, məğlub da ola bilərdik, böyükhesablı qələbə də qazana bilərdik. Bu hesab da məni razı salır. “Qarabağ” kimi komandanın 1 qol vurub məğlub etdiyi komandanı 3 qolla üstələməyimiz sevindiricidir. Heyətdə zədəli oyunçularımız az deyildi, buna baxmayaraq, futbolçularımız can qoydular və qələbə qazandılar. Zurab Xizanişvili ilə Ağabala Ramazanovun epizoduna gəlincə, konkret danışa bilmirəm. Penaltinin olub-olmadığını deməyə çəkinirəm. Düzdür, mən həmin anda reaksiya verdim. Amma unutmayaq ki, insanın reaksiyası öz istəyinə uyğun olur, mən də lehimizə penalti istəyirdim. Amma epizoda baxdıqdan sonra dediyin bəzən səhv çıxır. Ümumilikdə götürsək, 3:0 hesabı ilə irəlidə olduğumuz oyunda heç-heçə etsəydik və ya məğlub olsaydıq, sadəcə təəssüflənməzdim, dəli olardım”.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/sports/2468632.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR