Azərbaycanda “LEAP-2017” proqramı uğurla davam edir

Azərbaycanda “LEAP-2017” proqramı uğurla davam edir
20:08 11 Dekabr 2015
54 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 11 dekabr, AZƏRTAC
Azərbaycan Atletika Federasiyası, Azərbaycan Milli Olimpiya Komitəsi (MOK), Gənclər və İdman, Təhsil nazirliklərinin dəstəyi ilə həyata keçirilən “Atletikada liderlik və mükəmməllik proqramı-2017” (LEAP-2017) çərçivəsində məktəblilər üçün nəzərdə tutulmuş təlimlər davam edir. LEAP-2017 proqramı idmanın atletika növü vasitəsilə gənc liderlərin yetişdirilməsinə xidmət edir.
MOK-dan AZƏRTAC-a bildiriblər ki, növbəti belə təlim Ankara Məktəbi, 200 nömrəli məktəb-lisey kompleksi, həmçinin 189-190 və 27 nömrəli orta ümumtəhsil məktəblərində təşkil edilib. Şagirdlərin davamlı idmanla məşğul olmasını təşviq etmək və onların liderlik xüsusiyyətlərinin artırılmasına xidmət edən dərslərdə VIII-X siniflərdə təhsil alan 100-dən çox məktəbli iştirak edib. Təlimlər ilin sonunadək digər orta ümumtəhsil məktəblərində də davam edəcək.
Atletika üzrə şən, təhlükəsiz və mütəhərrik oyunlardan ibarət praktiki təlimi şagirdlər üçün Britaniya Atletika Assosiasiyasının cari ilin martında Bakıda təşkil etdiyi təlim kurslarını bitirmiş fiziki tərbiyə müəllimləri aparıblar. Təlimlərdə müxtəlif orta və Uşaq-Gənclər İdman Məktəblərindən 14 məşqçi-müəllim iştirak edib. Təlimdə iştirak edən şagirdlərə sertifikat təqdim olunub.
2017-ci ildə Londonda keçiriləcək atletika üzrə dünya çempionatının sosial idman irsini təşkil edən LEAP-2017, “UK Sport” və Britaniya Atletika Assosiasiyasının birgə proqramıdır. Layihədə iştirak edən məşqçi-müəllimlərdən ən yaxşısı 2017-ci ildə Londonda keçiriləcək dünya çempionatında iştirak etmək hüququ qazanacaq.




Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycanda_LEAP_2017_proqrami_ugurla_davam_edir-910501

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR