"Bakcell" Böyük Britaniya şirkəti ilə yeni əməkdaşlığa başlayıb

"Bakcell" Böyük Britaniya şirkəti ilə yeni əməkdaşlığa başlayıb
20:17 11 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. 11 dekabr. REPORT.AZ/ "Bakcell" şirkəti "Applab" innovativ mobil developer layihəsi çərçivəsində Böyük Britaniyanın "Wayra UK", "Telefonica OpenFuture" rəqəmsal sürətləndirmə proqramı ilə Azərbaycanda startaplara dəstək məqsədilə müqavilə imzalayıb.
Şirkətdən "Report"a bildiriblər ki, bu əməkdaşlıq "Applab" layihəsində iştirak edən startaplara "Telefonica Group" şirkətinin sahibkarlıq və innovasiyalara aid olan bütün təşəbbüslərini birləşdirən "Telefonica OpenFuture" proqramı vasitəsilə mentorların, ekspertlərin, şirkətlərin, ictimai qurumların və investorların daxil olduğu beynəlxalq şəbəkəyə çıxış qazanmaq imkanı verəcək.
Məqsəd əsasən mobil proqram sahəsində fəaliyyət göstərən Azərbaycan startaplarının miqyasının və kommersiya imkanlarının artırılmasıdır. Altmışdan çox dövlət və qeyri-dövlət proqramları ilə tərəfdaşlıq müqaviləsi olan, 17 ölkədə 600-ə yaxın biznesə 500 milyon avrodan çox vəsait yatıran "Telefonica OpenFuture" şəbəkəsi inkişafa təkan vermək məqsədilə yeni ideyaların yaranması və imkanların artırılmasına yönəlmiş qlobal şəbəkə yaratmaq fikrindədir. Bu tərəfdaşlıq "Wayra UK" üçün inkişaf etməkdə olan texnoloji şəbəkənin sahibkar istedadlarına çıxış imkanları yaradacaq.
Qeyd edək ki, "AppLab" regional səviyyədə ideyaların, mobil tətbiqlərin və texnologiyaların pilot variantından istifadəyə buraxılan tam hazır varianta qədər çatdırılmasında seçilmiş developerlərə kömək etmək üçün nəzərdə tutulan sürətləndirilmiş icra modelidir.

Xəbərin orijinal ünvanı: http://report.az/i-kt/bakcell-boyuk-britaniya-sirketi-ile-yeni-emekdasliga-baslayib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR