Özbəkistanda Heydər Əliyevin xatirəsi anılıb

Özbəkistanda Heydər Əliyevin xatirəsi anılıb
20:27 11 Dekabr 2015
11 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 11 dekabr. REPORT.AZ/ Özbəkistanda fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Həmkarlar Şurasının bu il keçirdiyi "Mexricon-2015" 46-cı Xeyriyyə Festivalında iştirakını ulu öndər Heydər Əliyevin anım gününə həsr edib.

Mərkəzdən "Report"a verilən məlumata görə, Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov ulu öndərin uşaqları çox sevdiyini və onlara daim qayğı ilə yanaşdığını qeyd edib. Samir Abbasov xeyriyyə festivalında uğur qazanacaq istedadlı uşaqların gələcəkdə Azərbaycan Mədəniyyət Mərkəzinin kurs və dərnəklərində iştirak etmək üçün şərait yaradılacağını bildirib.
Daha sonra Daşkənddə fəaliyyət göstərən uşaq evlərinin hazırladığı konsert proqramı iştirakçılara təqdim edilib.
Onlar həm özbək, həm də xarici mahnı və rəqsləri ifa ediblər.







Xəbərin orijinal ünvanı: http://report.az/xarici-siyaset/ozbekistanda-heyder-eliyevin-xariresi-anilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR