MOK-un baş katibi Ukrayna Milli Olimpiya Komitəsinin yubiley tədbirində iştirak edəcək

MOK-un baş katibi Ukrayna Milli Olimpiya Komitəsinin yubiley tədbirində iştirak edəcək
20:28 11 Dekabr 2015
25 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 11 dekabr, AZƏRTAC
Dekabrın 14-16-da Kiyevdə Ukrayna Milli Olimpiya Komitəsinin 25 illiyinə həsr olunmuş tədbir keçiriləcək.
AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin (MOK) baş katibi Ağacan Abiyev iştirak edəcək.
Tədbir çərçivəsində yubiley iclası ilə yanaşı, “Do like Olympians” layihəsi çərçivəsində məktəblilərlə görüş də nəzərdə tutulub. Bundan əlavə, qonaqlar ölkənin Olimpiya çempionları və medalçıları ilə görüşəcəklər.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/MOK_un_bas_katibi_Ukrayna_Milli_Olimpiya_Komitesinin_yubiley_tedbirinde_istirak_edecek-910514

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR