​Noyabrda Vergilər Nazirliyinə 9 minə yaxın müraciət daxil olub

​Noyabrda Vergilər Nazirliyinə 9 minə yaxın müraciət daxil olub
20:37 11 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. 11 dekabr. REPORT.AZ/ Bu ilin noyabr ayı ərzində vergi orqanlarına 8 933 müraciət daxil olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 7,5% çoxdur. Bu barədə "Report"a Vergilər Nazirliyinin Analitik- informasiya şöbəsindən məlumat verilib.
Məlumata görə, daxil olmuş müraciətlərdən 95,5%-i ərizə, 4,3%-i şikayət, 0,2%-i təklifdir. Müraciətlərin 34,3%-i müxtəlif arayışların alınması, 33,9%-i kameral vergi yoxlamaları, 7%-i vergi borcları, 2,6%-i səyyar vergi yoxlamaları, 1,7%-i operativ vergi nəzarəti tədbirləri, 0,6%-i vergi orqanlarının vəzifəli şəxslərinin hərəkəti (hərəkətsizliyi), 0,5%-i korrupsiya hüquqpozmaları, qalanları isə digər məsələlərlə bağlı olub.
Müraciətlərdən 61,3%-nin müsbət həll olunduğu deyilir.
Hesabat dövründə vergi orqanları tərəfindən ümumilikdə 298 vətəndaş qəbul edilərək, onlara mövcud qanunvericilik çərçivəsində lazımi köməklik göstərilmiş və ya müvafiq izahatlar verilib.
Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin respublikanın şəhər və rayonlarında vətəndaşların qəbulu qrafikinə əsasən, 27 noyabr 2015-ci il tarixdə vergilər naziri Fazil Məmmədov tərəfindən Biləsuvar rayonunda vətəndaşların qəbulu keçirilib. 

Xəbərin orijinal ünvanı: http://report.az/maliyye/noyabrda-vergiler-nazirliyine-9-mine-yaxin-muraciet-daxil-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR