“Oyuq” fəalının uğuru

“Oyuq” fəalının uğuru
20:58 11 Dekabr 2015
33 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 11 dekabr, AZƏRTAC
Öz ətrafında gələcəyin səhnə ulduzlarını toplayıb, onların peşəkar səviyyəsində formalaşmasına öz töhfələrini verən A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı nəzdindəki “Oyuq” teatr-studiyasının daha bir üzvü böyük uğura imza atıb.
Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, studiyanın fəallarından biri, artıq geniş tamaşaçı auditoriyasının sevgi və rəğbətini qazanan 5 yaşlı Nuray Rəhman “Azad Azərbaycan” televiziyasında yayımlanan “Azərbaycanın səsi bala” yarışmasının qalibi olub.
Yarışma beş veriliş olmaqla 4 həftə davam edib. Müsabiqədə 25 iştirakçı arasından seçilərək münsiflərin yüksək qiymətləndirdiyi balaca Nuray tamaşaçıların da sevimlisinə çevrilərək onlardan ən yüksək SMS toplayaraq daim ilk pillələrdə qərarlaşıb.
Yarışmanın final mərhələsində birinciliyi səs faizləri bərabər olduğuna görə həmyaşıdı Əhməd Əmirli ilə bölüşən Nuray Rəhman Azərbaycanı Türkiyədə keçiriləcək uşaq “Türkvision” yarışmasında təmsil edəcək.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR