Azərbaycanda arxeologiyanın inkişafında Ulu Öndərin böyük rolu olub

Azərbaycanda arxeologiyanın inkişafında Ulu Öndərin böyük rolu olub
21:23 11 Dekabr 2015
34 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 11 dekabr, AZƏRTAC
Dekabrın 11-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunda ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr edilən yığıncaq keçirilib.
Əvvəlcə tədbir iştirakçıları bir dəqiqəlik sükutla Ulu Öndərin xatirəsini yad ediblər.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, tədbirdə bu elm müəssisəsi direktorunun elmi işlər üzrə müavini, tarix üzrə fəlsəfə doktoru Nəcəf Müseyibli ümummilli lider Heydər Əliyevin mənalı ömür yolundan, çoxcəhətli fəaliyyətindən söz açıb. Bildirilib ki, müdrik rəhbər Heydər Əliyevin XX əsrdə Azərbaycan elminin, o cümlədən, tarix, arxeologiya və etnoqrafiya sahələrinin inkişafında misilsiz rolu olub. Hələ 1981-ci ildə Ulu Öndər arxeologiya və etnoqrafiya sahələrinin ayrıca bir institut kimi strukturlaşması barədə Sərəncam imzalayıb. Amma onun sovet dönəmində Moskvaya yüksək dövlət vəzifəsinə dəvət edilməsi, daha sonra cərəyan edən dramatik ictimai–siyasi hadisələr bu mühüm qərarın gerçəkləşməsini 10 ildən çox bir müddətə əngəllədi. Arxeologiya və Etnoqrafiya İnstitutunun yaradılması yalnız görkəmli dövlət xadimi Heydər Əliyevin 1993-cü ildə ikinci dəfə hakimiyyətə qayıdışından sonra mümkün oldu. Azərbaycanda arxeologiya və etnologiyanın inkişafı, tarixi abidələrin qorunması və tədqiqi üçün hüquqi baza yaradan mühüm sərəncamlar verildi. Hazırda Azərbaycan arxeologiyasının və etnologiyasının dünya standartlarına uyğun inkişafı Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyevin diqqət mərkəzindədir.
Sonra AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı, akademik Teymur Bünyadov, AMEA-nın müxbir üzvü İlyas Babayev və başqaları Ümummilli Liderin şərəfli və mənalı həyat yolundan, zəngin dövlətçilik təcrübəsindən söz açıblar.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycanda_arxeologiyanin_inkisafinda_Ulu_Onderin_boyuk_rolu_olub-910535

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR