QHT-lərə Dövlət Dəstəyi Şurası 2016-cı il birinci maliyyə müsabiqəsinin istiqamətlərini təsdiq edib

QHT-lərə Dövlət Dəstəyi Şurası 2016-cı il birinci maliyyə müsabiqəsinin istiqamətlərini təsdiq edib
21:38 11 Dekabr 2015
27 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 11 dekabr, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının növbəti iclası keçirilib. Şuranın sədri, Milli Məclisin deputatı Azay Quliyev gündəlikdəki ilk məsələnin 2016-cı il birinci maliyyə yardımı müsabiqəsinin elan edilməsi haqqında olduğunu deyib.
Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov müsabiqəyə 10 istiqamət üzrə 56 mövzunun təklif edildiyini bildirib. O, müsabiqənin şərt və qaydaları, texniki tələbləri haqqında danışıb və mövzularla ətraflı məlumat verib.
İcraçı direktor gündəlikdə olan digər məsələ ilə bağlı arayış verib və “Azərbaycan Respublikasında QHT-lərin vəziyyəti haqqında Milli Hesabat”ın yenilənməsinə ehtiyac olduğunu bildirib və bunun üçün 7 nəfərdən ibarət işçi qrupun yaradılmasını təklif edib.
O, Şuranın beynəlxalq təşkilatlarla əməkdaşlıq məsələləri haqqında da məlumat verib. Əməkdaşlıq üçün Şuraya müraciət edən beynəlxalq təşkilatlar barədə danışıb və təklif olunan mövzuları diqqətə çatdırıb.
Azay Quliyev Şuranın maliyyə dəstəyi ilə həyata keçirilən layihələrin icrasının effektivliyinin artırılması üçün bundan sonra da zəruri addımların atılacağını və QHT-lərin üzərinə götürdükləri müqavilə öhdəliklərini tam yerinə yetirməli olduqlarını deyib.
İclasda digər çıxış edənlər rəy və təkliflərini bildiriblər. Şuranın 2016-cı il birinci maliyyə müsabiqəsinin istiqamətləri təsdiq edilib.
Müzakirələrdən sonra gündəlikdə dayanan məsələlər ayrılıqda səsə qoyularaq qəbul olunub.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/QHT_lere_Dovlet_Desteyi_Surasi_2016_ci_il_birinci_maliyye_musabiqesinin_istiqametlerini_tesdiq_edib-910541

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR