Ümummilli Liderin xatirəsi Həştərxanda da anılıb

Ümummilli Liderin xatirəsi Həştərxanda da anılıb
22:08 11 Dekabr 2015
31 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 11 dekabr, AZƏRTAC
Rusiya Federasiyasının Həştərxan şəhərindəki Heydər Əliyev adına 11 nömrəli orta ümumtəhsil məktəbində Ümummilli Liderin xatirəsi anılıb.
Anım mərasimində Ümumrusiya Azərbaycanlılar Konqresinin Həştərxan vilayəti bölməsinin sədri Ədalət Hüseynov, məktəbin rəhbərliyi, müəllim və şagirdləri, valideynlər iştirak ediblər.
Şagirdlər məktəbin foyesində Ulu Öndərin büstü önünə gül dəstələri qoyaraq xatirəsini dərin ehtiramla yad ediblər.
Ədalət Hüseynov tədbir iştirakçılarına Azərbaycan xalqının dahi övladı Heydər Əliyevin həyatı və siyasi fəaliyyəti barədə məlumat verib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Umummilli_Liderin_xatiresi_Hesterxanda_da_anilib-910552

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR