​Rusiyada "qara canavar" ləqəbli azərbaycanlı dünya çempionu saxlanılıb

​Rusiyada "qara canavar" ləqəbli azərbaycanlı dünya çempionu saxlanılıb
22:12 11 Dekabr 2015
60 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. 11 dekabr. REPORT.AZ/ Məşhur azərbaycanlı qaydasız döyüş ustası Sadiq Kərimov dələduzluqda şübhəli bilinərək Sankt-Peterburqda polis tərəfindən saxlanılıb.
"Report" xəbər verir ki, bu barədə Rusiya Federasiyası İstintaq Komitəsinin Sankt-Peterburq üzrə Baş İstintaq İdarəsinin məlumatında bildirilir.
Rusiya Döyüş Sambosu Federasiyasının məlumatına görə, 31 yaşlı Sadiq Kərimov Azərbaycan yığmasının tərkibində 74 kq-dək çəki dərəcəsində döyüş sambosu üzrə dünya çempionu olub.
İstintaqın fərziyyəsinə görə, 2012-ci ilin payızında S.Kərimov naməlum şəxslərlə kafelərdən birinin iki müştərisini ölümlə hədələyərək, onlardan 3 milyon rubl tələb edib. Canilər ardınca başqa bir kafedə tapança ilə hədə-qorxu gələrək yenidən pul tələb ediblər, daha sonra "borc" əvəzində zərərçəkənlərdən birinin BMW markalı avtomobilini mənimsəyiblər.
Hazırda azərbaycanlı idmançı barəsində həbs qətimkan tədbirinin seçilməsi və ona qarşı Rusiya Cinayət Məcəlləsinin 163-cü maddəsinin 3-cü bəndi üzrə ("Dələduzluq") ittiham irəli sürülməsi məsələsinə baxılır.


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR