Azərbaycanlı kişi özünü avtomatla vurdu

Azərbaycanlı kişi özünü avtomatla vurdu
22:12 11 Dekabr 2015
49 Ölkə
Ölkə mətbuatı
A- A+

Ağdamda məskunlaşan məcburi köçkün intihara cəhd edib. Milli.Az anspress-ə istinadən xəbər verir ki, hadisə rayonun Quzanlı qəsəbəsində məcburi köçkünlər üçün salınmış qəsəbədə baş verib. 

Əslən rayonun işğal altındakı Şotlanlı kəndindən olan Emin Aslanov məskunlaşdığı evdə ailəsi ilə münaqişə edib. Münaqişədən sonra yataq otağında odlu silahla özünə atəş açıb. Sinə nahiyəsindən yaralanan 30 yaşlı Emin Aslanovu hadisə yerinə gələn təcili tibbi yardım maşını Ağdam mərkəzi rayon xəstəxanasına çatdırılıb. Daha sonra vəziyyəti ağır olduğundan yaralı yaxınlıqdakı hərbi hospitala yerləşdirilib. Yaralı artıq əməliyyat olunub. Vəziyyəti ağırdır. İntiharda istifadə olunan silahın isə avtomat olduğu bildirilir. 

Hazırda baş vermiş faktla bağlı Ağdam rayon prokurorluğunun və polis şöbəsinin əməkdaşları araşdırma aparır. Emin Aslanovun intiharda istifadə etdiyi silahı haradan aldığı isə araşdırmalardan sonra məlum olacaq.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/389592.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR